Teymurla Şəhriyardan heç-heçə

Teymurla Şəhriyardan heç-heçə
XƏBƏR 6 İyun 2021 / 15:04 1272
-  A +

Dünyanın elit şahmatçılarının mübarizə apardıqları “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsi start götürüb.

Qol.az xəbər verir ki, Rumıniyada keçirilən turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər.

9 turdan ibarət olan turnirin birinci turunda şahmatçılarımızın hər ikisinin ABŞ təmsilçiləri - Məmmədyarovun Uesli So, Rəcəbovun Fabiano Karuana ilə qarşılaşmaları heç-heçə ilə başa çatıb.

Turun digər oyunları - rusiyalı Aleksandr Qrişuk fransalı Maksim Vaşye-Laqrav, yerli idmançılar Boqdan-Daniel Dyak niderlandlı Aniş Giri, Konstantin Lupulesku ermənistanlı Levon Aronyan qarşılaşmaları da heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.


Son xəbərlər
topaz banner