"Fənərbaxça" Benites ilə razılaşdı

"Fənərbaxça" Benites ilə razılaşdı
XƏBƏR 6 İyun 2021 / 12:17 4233
-  A +

"Real"ın sabiq baş məşqçisi Rafael Benites "Fənərbaxça"nı çalışdıra bilər.

Qol.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. İstanbul təmsilçisinin prezidenti Ali Koç 61 yaşlı mütəxəssislə danışıqlar aparır. Xəbərə görə, tərəflər artıq razılıq əldə ediblər. Benites digər məsələlərin həlli üçün iyunun 16-da İstanbula gələcək.

Qeyd edək ki, Benitesin son iş yeri Çinin "Dalian Pro" klubu olub.

Son xəbərlər
topaz banner