Modriç İngiltərədən çəkinir

Modriç İngiltərədən çəkinir
DÜNYA FUTBOLU 6 İyun 2021 / 11:50 2346
-  A +

Xorvatiya millisinin kpitanı Luka Modriç Avro-2020-nin ilk turunda İngiltərə ilə qarşılaşacaqları oyun haqda danışıb.

Qol.az xəbər verir ki, “Real”ın yarımmüdafiəçisi “Daily Mail”ə açıqlamasında bu görüşü finala bənzədib:

“Bu, başlamaq üçün ən pis oyundur. Həmişə nikbin olmuşam, amma bu, çox çətin ilk matçdır. “Uembli” stadionunda keçiriləcək matçın adı hər şeyi deyir. Həqiqən final oyunu kimidir. Çünki məğlubiyyət bizi qrupdan çıxmaq baxımından çox çətin vəziyyətə sala bilər. Başa düşürük ki, bu matçda hər hansı bir səhv etmək imkanımız yoxdur. Əminəm ki, öz oyun tərzimizi tətbiq edə bilsək, onları məğlub edə bilərik.

İngiltərə millisi xüsusən hücumda böyük bir gücə sahibdir. Keyn, Reşford və Sterlinq kimi futbolçular hər komandanı məyus edəcək qədər yaxşı hücumçulardır”.

Qeyd edək ki, İngiltərə - Xorvatiya oyunu iyunun 13-də keçirləcək.

Son xəbərlər