Riberi ilə müqavilə uzadılır

Riberi ilə müqavilə uzadılır
XƏBƏR 6 İyun 2021 / 10:10 5070
-  A +

"Fiorentina"nın futbolçusu Frank Riberi klubu ilə müqaviləsini uzadacaq.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi komandada qalmaq fikrindədir. Klub rəhbərliyi də onunla yolları davam etdirmək istəyir.

Hazırda tərəflərin danışıq apardığı bildirilir. Fransız futbolçunun illik maaşının 4 milyon avrondan 2 milyona endiriləcəyi də qeyd olunub.

Fransa millisinin sabiq üzvü 12 il (2007-2019) "Bavariya"da çıxış etdikdən sonra "Fiorentina"ya keçib.


Son xəbərlər
topaz banner