Qvardiola mövsümün ən yaxşısı seçildi

Qvardiola mövsümün ən yaxşısı seçildi
XƏBƏR 5 İyun 2021 / 16:56 900
-  A +

İngiltərə Premyer Liqasında 2020/21 mövsümünün ən yaxşı məşqçisi məlum olub.
 
Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu ada “Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiola layiq görülüb. 50 yaşlı mütəxəssis Marselo Byelsa, Devid Moyes, Brendan Rocers və Ole Gunnar Sulşeri geridə qoyub.
 
Xatırladaq ki, Premyer Liqada mövsümün də ən yaxşı futbolçusu da “Mançester Siti”də çıxış edən Ruben Dias seçilib. Bu komanda isə Premyer Liqanın qalibi olub.

Son xəbərlər
topaz banner