"Ruslan 93" idman kompleksində 10 yaşadək futbolçular arasında turnirinin açılış mərasimi keçirilib.
Qol.az xəbər verir ki, U-10 Liqasında mübarizə aparan 6 komandanın iştirak etdiyi turnir 3 gün davam edəcək.
Tədbirdə ilk olaraq "Baku Sportinq"in rəsmisi, millimizin və "Qarabağ"ın sabiq oyunçusu Vüqar Nadirov çıxış edib.
O, Qol.az-a bildirib ki, turnirin məqsədi Azərbaycan futbolunun inkişafına xidmət etməkdi: "İstəyirik ki, "Baku Sportinq" olaraq bütün yarışlarda çıxış edək. İstər AFFA bayrağı, istərsə də beynəlxalq turnirlərdə mübarizə aparmaq arzumuz var. İstəyimiz də odur ki, "Baku Sportinq" olaraq uşaq futbolunu inkişaf etdirək. Yeni mövsümdən Azərbaycan çempionatında 4 komandamız çıxış edəcək”.
Tədbirdə futbolumuzun veteranlarından Ağasəlim Mircavadov, Asim Xudiyev, Fərrux İsmayılov ürək sözlərini bildirib, gənc futbolçulara uğurlar arzulayıblar.
Daha sonra tədbir bədii hissə ilə davam edib.
Turnir "Baku Sportinq"in təşəbbüsü, Gənclər və İdman Nazirliyi və AFFA-nın dəstəyi ilə keçirilir.
Yuxarı
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi