Mahir Polşaya getdi

Mahir Polşaya getdi
XƏBƏR 5 İyun 2021 / 11:35 10394
-  A +

"Qarabağ"la müqaviləsi başa çatan Mahir Emreli bu gün Polşaya yola düşüb.

Qol.az xəbər verir ki, o, "Legiya" ilə müqavilə imzalamaq üçün sözügedən ölkəyə gedib.

Millimizin üzvü dünən Bakıda yaxınları ilə vida görüşü keçirib.

Qeyd edək ki, M.Emreli Polşa təmsilçisinə azad agent kimi transfer olunacaq.


Son xəbərlər
topaz banner