UEFA Çempionlar Liqasında iştirakı dəqiqləşən “Araz”ın qapıçısı Rövşən Hüseynli federasiyanın rəsmi saytına açıqlama verib.
Qol.az xəbər verir ki, Azərbaycan milli komandasının da üzvü olan qolkiper bunları söyləyib:
“Bu xəbəri federasiyanın saytında oxudum. Əlbəttə, istərdik ki, biz bu vəsiqəni Yüksək Liqada mübarizə apararaq qazanaq. Ancaq mövcud vəziyyətlə əlaqədar bu, mümkün olmadı. Belə vəziyyətdə insan sağlamlığı hər şeydən üstdə dayanır. Biz də verilən qərarlara hörmətlə yanaşırıq. Bu günlər də tarixin səhifələrinə yazılacaq və illər sonra xatırlanacağıq.
Çempionlar Liqasına gəldikdə, hər şey açıqlanan reylamentə uyğun davam etsə, mübarizəyə avqustda start veriləcək. Əvvəlcə ilkin mərhələnin oyunları, oktyabrda isə əsas mərhələnin görüşləri təşkil ediləcək. Kimin hansı mərhələdən mübarizəyə başlayacağı hələ ki açıqlanmayıb. Reytinq cədvəli dərc olunduqdan sonra bunu biləcəyik. Duzdur, sonrakı illərdəki nəticələrimizin ürəkaçan olmadığını deməliyəm. Bunun da səbəbləri müxtəlifdir. Ötən il zallar bağlı olduğuna görə, “Araz” Çempionlar Liqasının oyununa xalça üzərində 10-15 gün hazırlaşıb, getdi. Halbuki AEK-i normal hazırlıq keçsəydik, böyükhesabla udacaqdıq. Üstəlik, reqlament də dəyişmişdi və cəmi bir oyun cütün taleyini həll etdi. İki il əvvəl isə səfərə komanda üzvlərinin demək olar, yarısı ilə yollanmışdıq. İranlı legionerlərimizə viza verilməmişdi. Bu kimi səbəblər uğursuzluğumuzla nəticələndi. Bunlar artıq tarixdə qalıb. Əvəzində milli komanda ilə uğurlu nəticə qazandıq və final mərhələsinə yüksəldik. Əlbəttə, hər zəif nəticəmiz reytinq cədvəlində geriləməyimizə səbəb olur. Üstəlik, digər klublar da inkişafdadır. Həm çempionatları güclənir, həm də klubları.
Transferlərlə və hazırlıqla bağlı detalları baş məşqçi açıqlaya bilər. Məncə, bu mövsüm mümkün qədər irəliləməyə çalışacağıq. “Araz” hər zaman favoritlər sırasında olub. Rəqiblərimiz bizə hörmətlə yanaşıb. Bizdən xal alanda seviniblər. Ona görə də əvvəlki şöhrətimizi tədricən qaytarmalıyıq”.
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı
"Uduzacağımızı gözləyirdim" - Azər Bağırov
"Qəbələ"nin inamlı qələbəsindən - Video
"Barselona"nın zədəli futbolçularından xəbər var
"Real"dan PSJ-yə keçə bilər
“Sumqayıt” - “Neftçi”: Heyətlər
Azərbaycandan ayrılıb İslandiya klubuna keçdi
“Nyukasl” Trippyerin ayrılığını açıqladı
"Kəpəz" - "Qəbələ": Heyətlər açıqlandı
Qvardiola bunu ilk dəfə bacardı
Millimizin üzvü oynadı, komandası uduzdu
Qadın hakimi yıxsalar da, kömək etmədilər - Video
Maldini İtaliya futboluna rəhbərlik edə bilər
"Nəticə haqda soruşmağa ehtiyac yoxdur" - Slot 0:4 haqda
“Trabzonspor” - “Qalatasaray” matçında dava düşdü - Video
"Real"ı belə məğlub etdilər - Video
Nəriman ABŞ-da 2-ci oyununa çıxdı
"Mançester Siti" "Liverpul"u darmadağın etdi - Video
“Barselona” “Real”la xal fərqini artırdı
“Arsenal” kubokla vidalaşdı