Braziliyanın millisi Amerika Kubokunda iştirakdan imtina edib.
Qol.az AS-a istinadən xəbər verir ki, yığmanın futbolçuları Amerika Kubokunun Braziliyada keçirilməsi qərarından narazıdırlar. Oyunçular Braziliya Futbol Federasiyasının rəhbəri Rojerio Kaboklo ilə danışıqlarda kubokda iştirakdan və ya yarışın ləğvindən imtina imkanını müzakirə ediblər. Nəticədə futbolçular yarışda iştirak etməmək barədə qərar qəbul ediblər. Həmçinin məlumata görə, onlar başqa yığmaların oyunçularını da bu il Amerikanın Kubokunun keçirilməsinə qarşı mütəşəkkil çıxış etmək barədə razı salacaqlar.
Qeyd edək ki, Amerikanın Kuboku yarışını Kolumbiya və Argentina qəbul etməli idi. Mayda CONMEBOL Kolumbiyanı ölkədə kütləvi etirazlara görə yarışın keçirilməsi hüququndan məhrum edib. Ötən ayın sonunda təşkilat elan edib ki, Argentina da matçları qəbul edə bilməyəcək. Buna ölkədəki koronavirus pandemiyası səbəb olub. Amerika Kuboku Braziliyada iyunun 13-dən iyulun 10-a qədər keçirilməlidir.
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı
"Uduzacağımızı gözləyirdim" - Azər Bağırov
"Qəbələ"nin inamlı qələbəsindən - Video
"Barselona"nın zədəli futbolçularından xəbər var
"Real"dan PSJ-yə keçə bilər
“Sumqayıt” - “Neftçi”: Heyətlər
Azərbaycandan ayrılıb İslandiya klubuna keçdi
“Nyukasl” Trippyerin ayrılığını açıqladı
"Kəpəz" - "Qəbələ": Heyətlər açıqlandı
Qvardiola bunu ilk dəfə bacardı
Millimizin üzvü oynadı, komandası uduzdu
Qadın hakimi yıxsalar da, kömək etmədilər - Video
Maldini İtaliya futboluna rəhbərlik edə bilər
"Nəticə haqda soruşmağa ehtiyac yoxdur" - Slot 0:4 haqda
“Trabzonspor” - “Qalatasaray” matçında dava düşdü - Video
"Real"ı belə məğlub etdilər - Video
Nəriman ABŞ-da 2-ci oyununa çıxdı
"Mançester Siti" "Liverpul"u darmadağın etdi - Video
“Barselona” “Real”la xal fərqini artırdı
“Arsenal” kubokla vidalaşdı