Premyer Liqa klubu Pirlo ilə əlaqə saxladı

Premyer Liqa klubu Pirlo ilə əlaqə saxladı
XƏBƏR 4 İyun 2021 / 22:01 4117
-  A +

"Yuventus"un sabiq baş məşqçisi Andrea Pirlo İngiltərədə işləyə bilər.

Qol.az "Calciomercato"ya istinadən xəbər verir ki, "Everton" italiyalı mütəxəssislə maraqlanır. Premyer Liqa təmsilçisi artıq mümkün əməkdaşlıqla bağlı Pirlo ilə əlaqə saxlayıb.

Qeyd edək ki, 42 yaşlı çalışdırıcı 2020/2021 mövsümündə "Yuventus"un baş məşqçisi olub.


Son xəbərlər
topaz banner