Burak Yılmaz "Lill"in ən yaxşı oyunçusu seçildi

Burak Yılmaz "Lill"in ən yaxşı oyunçusu seçildi
DÜNYA FUTBOLU 4 İyun 2021 / 17:47 2282
-  A +

Türkiyə millisinin kapitanı Burak Yılmaz "Lill"də 2020/2021 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Qol.az xəbər verir ki, o, klubun saytında azarkeşlər arasında keçirilən səsvermədə 1-ci olub. 35 yaşlı hücumçu 52.2 faiz səs toplayıb. Mayk Menyan 2-ci (28.7 faiz səs), Benjamin Andre (9.6 faiz səs) 3-cü olub.

Qeyd edək ki, B.Yılmaz başa çatan mövsümdə bütün turnirlərdə meydana çıxdığı 28 matçda 16 qol vurub.


Son xəbərlər