Kyellininin əkiz qardaşı "Yuventus"dan ayrıldı

Kyellininin əkiz qardaşı "Yuventus"dan ayrıldı
DÜNYA FUTBOLU 4 İyun 2021 / 13:40 2222
-  A +

“Yuventus”un gənclər komandasının koordinatoru Klaudio Kyellini klubu tərk edib.

Qol.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Kyellininin klubla müddəti bitən müqaviləsi yenilənməyib.

Klaudio 2014-cü ildən “Yuventus”da çalışırdı. O, 2018-ci ildən klubun gənclər komandasının koordinatoru vəzifəsində idi.

Qeyd edək ki, Klaudio “Yuventus”un kapitanı Corco Kyellininin əkiz qardaşıdır.


Son xəbərlər