"Qələbə qazanmasaq da, nəticədən razıyam" - Messi

"Qələbə qazanmasaq da, nəticədən razıyam" -  Messi
DÜNYA FUTBOLU 4 İyun 2021 / 10:46 4729
-  A +

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2022-nin seçmə mərhələsində Çili ilə evdə keçirilən görüş haqda fikirlərini bildirib.

Qol.az xəbər verir ki, 33 yaşlı hücumçu 1:1 hesabı ilə başa çatan matçdan sonra yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib:

“Uzun müddətdir birlikdə deyilik, əvvəlki kimi oynamaq asan deyil. Amma düşünürəm ki, yaxşı oyun göstərdik. Baxmayaraq ki, qələbə qazana bilmədik, nəticədən məmnunam. Tədricən güclənməliyik. Dieqo Maradonasız ilk oyun olduğu üçün xüsusi bir matç oldu. Milli komandanın onun üçün nə demək olduğunu bilirdik. Bundan əlavə, qarşılaşma ölkədəki və dünyadakı vəziyyətə görə azarkeşsiz oldu. Hər kəs üçün çox çətin bir zamandır. Heyif ki, insanlar bu gözəl stadiona gələ bilmədi”.

Qeyd edək ki, bu oyunda komandasının qolunu Messi vurub.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın