Türkiyə millisindən qələbə

Türkiyə millisindən qələbə
DÜNYA FUTBOLU 3 İyun 2021 / 22:50 5304
-  A +

Türkiyə millisi Avro-2020-yə hazırlıq çərçivəsində bu gün sonuncu yoldaşlıq oyununu keçirib.

Qol.az xəbər verir ki, "ay-ulduzlular" Moldova yığması ilə qarşılaşıblar. Almaniyanın Paderborn şəhərində keçirilən görüş türklərin qələbəsi ilə başa çatıb - 2:0.

Qolları Burak Yılmaz (58) və Cengiz Ünder (77) vurub. 

Qeyd edək ki, Şenol Günəşin komandası ilk yoldaşlıq görüşündə Azərbaycan yığmasına 2:1 hesabı ilə qalib gəlib, 2-ci oyunda Qvineya ilə qolsuz heç-heçə edib. 

Xatırladaq ki, Türkiyə millisi iyunun 11-də başlayacaq Avropa çempionatının qrupunda Uels və İsveçrə ilə matçlarını Bakı Olimpiya Stadionunda keçirəcək.

Son xəbərlər