Huntelar və Kolaşinaç "Şalke"dən ayrıldı

Huntelar və Kolaşinaç "Şalke"dən ayrıldı
DÜNYA FUTBOLU 3 İyun 2021 / 22:11 2266
-  A +

"Şalke" iki futbolçusunun komandadan ayrıldığını açıqlayıb.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bunlar hücumçu Klas-Yan Huntelar və müdafiəçi Sead Kolaşinaçdır. Sonuncu müqavilə ilə məxsus olduğu "Arsenal"a qayıdıb.

Hər iki futbolçu bu ilin yanvarında "Şalke"yə keçmişdi. Huntelar daha əvvəl də (2010-2017) Almaniya klubunda çıxış edib. 37 yaşlı Hunteların karyerasını başa vuracağı gözlənilir.

Qeyd edək ki, "Şalke" yeni mövsümdən 2-ci Bundesliqada çıxış edəcək.

Son xəbərlər