"Valensiya"da gürcüstanlı futbolçu

"Valensiya"da gürcüstanlı futbolçu
DÜNYA FUTBOLU 3 İyun 2021 / 21:32 4188
-  A +

İspaniyanın “Valensiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

Qol.az xəbər verir ki, La Liqa təmsilçisi “Dinamo”dan (Tiflis) Georgi Mamardaşvilini heyətinə cəlb edib. 
Bu barədə Tiflis klubunun mətbuat xidməti məlumat yayıb.
 
“Valensiya” 20 yaşlı qapıçını bir illik icarəyə götürüb. La Liqa klubunun gürcü futbolçunun transfer hüquqlarını da ala bilər.

Qeyd edək ki, "Dinamo"nun yetirməsi olan Georgi "Rustavi" və Tiflis "Lokomotiv"ində də icarə əsasında çıxış edib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner