Jardelin “qızıl buts”ları oğurlandı

Jardelin “qızıl buts”ları oğurlandı
DÜNYA FUTBOLU 3 İyun 2021 / 18:08 3012
-  A +

“Qalatasaray”ın sabiq futbolçusu Mario Jardelin evi qarət olunub.

Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, oğrular braziliyalı keçmiş hücumçunun iki “qızıl buts” mükafatını oğurlayıblar.
 
Evdən bir neçə gümüş və bürüncdən olan medal və kuboklar da oğurlanıb.


Qeyd edək ki, Jardel 1999 və 2002-ci illərdə Avropada ən çox qol vuran futbolçuya verilən “qızıl buts” mükafatını qazanıb. 2000-2001-ci illərdə "Qalatasaray"da çıxış edən keçmiş forvard Braziliya yığmasında 10 oyuna çıxıb.

 


Son xəbərlər