"Real" onunla müqaviləni yeniləyir

"Real" onunla müqaviləni yeniləyir
XƏBƏR 3 İyun 2021 / 17:22 1578
-  A +

"Real" futbolçusu Naço Fernandes ilə müqaviləni yeniləmək üçün razılığa gəlib.

Qol.az xəbər verir ki, bu barədə ABC.es saytı məlumat yayıb. Madrid təmsilçisi 31 yaşlı müdafiəçi ilə 3 illik yeni sözləşmə imzalayacaq. Onun hazırkı müqaviləsi isə gələn ilin yayına qədər idi.

Qeyd edək ki, Naço 2020/21 mövsümündə 33 matçda 1 qol vurub və eyni sayda qolun ötürməsini verib.

Son xəbərlər
topaz banner