PSJ Ronaldo ilə danışıqlara başladı

PSJ Ronaldo ilə danışıqlara başladı
DÜNYA FUTBOLU 3 İyun 2021 / 16:52 12821
-  A +

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo karyerasını Fransada davam etdirə bilər.

Qol.az "AS"a istinadən xəbər verir ki, PSJ portuqaliyalı hücumçunun nümayəndələri ilə danışıqlara başlayıb.

Bildirilib ki, Turin klubunun rəhbərliyi 36 yaşlı oyunçunun transferini PSJ ilə müzakirə etməyə hazırdır. "Yuventus" futbolçunun satışından 25-30 milyon avro qazanmağı planlaşdırır.

Xatırladaq ki, Kriştianonun "Yuventus"la hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatır.


Son xəbərlər