"Arsenal"ın sabiq futbolçusu karyerasını başa vurdu

"Arsenal"ın sabiq futbolçusu karyerasını başa vurdu
DÜNYA FUTBOLU 3 İyun 2021 / 14:49 2119
-  A +

Danimarka millisinin və "Arsenal"ın sabiq futbolçusu Niklas Bendtner karyerasını başa vurub.

Qol.az xəbər verir ki, bu barədə 33 yaşlı hücumçu ölkəsinin mətbuatına açıqlamasında deyib. O, bundan sonra məşqçi təhsili alacağını bildirib.

Qeyd edə ki, N.Bendtner 2005-2014-cü illərdə "Arsenal"ın şərəfini qoruyub. O, bu müddətdə 171 matçda 47 qol vurub və komanda ilə 2013/2014 mövsümündə İngiltərə kubokunun qalibi olub.  Bendtnet "Yuventus"la  İtaliya çempionatını və "Volfsburq"la Almaniya kubokunu qazanıb. Futbolçunun son klubu Danimarka "Kopenhagen"i olub.


Son xəbərlər