Ömrünün sonuna qədər "Barselona"da qalmaq istəyir

Ömrünün sonuna qədər "Barselona"da qalmaq istəyir
DÜNYA FUTBOLU 3 İyun 2021 / 12:26 1965
-  A +

"Barselona"nın müdafiəçisi Jordi Alba əbədi olaraq klubda qalmaq istəyir.

Qol.az xəbər verir ki, bu barədə o, goal.com-a açıqlamasında deyib: “Müqaviləyə əsasən üç ilim qalıb.  Qərarı klub verəcək, amma "Barselona"da ömrümün sonuna qədər qalmaq istəyirəm".

Qeyd edək ki, Alba 2012-ci ildən Kataloniya təmsilçisində çıxış edir. O, komanda ilə birlikdə beş dəfə çempionluq və İspaniya kubokunu qazanıb, Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner