"Ronaldo ilə yaxşı münasibətim var, amma..."

"Ronaldo ilə yaxşı münasibətim var, amma..."
DÜNYA FUTBOLU 2 İyun 2021 / 22:10 11891
-  A +

"Real"ın yeni baş məşqçisi Karlo Ançelotti əvvəllər Madrid klubunda çalışdığı "Yuventus"un hücumçusu Kriştiano Ronaldo haqda danışıb.

Qol.az "AS"a istinadən xəbər verir ki, o, 36 yaşlı futbolçu ilə çox yaxşı münasibətinin olduğunu deyib: "Amma başqa komandaların oyunçuları haqqında danışmağı sevmirəm. Bu, düzgün deyil. Çünki "Yuventus"la müqaviləsi var.

Ronaldo hələ də  yaxşı səviyyədədir, çox qol vurur. İtalyan jurnalist məndən Ronaldonun karyerasının sona yaxınlaşıb-yaxınlaşmadığını soruşdu. Ona "bəli" cavabını verdim. Çünki 30 qol vurdu. Hərçənd çox vaxt 50 qol vurur".


Son xəbərlər