Reynaldo karyerasını bərpa etdi

Reynaldo karyerasını bərpa etdi
XƏBƏR 2 İyun 2021 / 18:20 7303
-  A +

"Qarabağ"ın sabiq hücumçusu Reynaldo karyerasını bərpa edib.

Bu barədə braziliyalı oyunçu Qol.az-a açıqlamasında deyib. O, ölkəsinin klublarından biri ilə razılığa gəldiyini bildirib. Ancaq 31 yaşlı futbolçu həmin klubun adını hələlik açıqlamaq istəməyib.

Xatırladaq ki, Reynaldo 2013-2017-ci illərdə Ağdam təmsilçisinin formasını geyinib. O, 2019-cu ilin qış transfer pəncərəsində yenidən "Qarabağ"a qayıdıb, mövsümün sonuna - yayadək komandada çıxış etmişdi. Futbolçu bu ilin yanvarında karyerasını başa vurduğunu söyləmiçdi.


Son xəbərlər
04.04.26  14:17

Kadidən 40-cı qol

topaz banner