Daha 2 il "Dinamo" Kiyevdə

Daha 2 il "Dinamo" Kiyevdə
XƏBƏR 2 İyun 2021 / 14:15 1483
-  A +

"Dinamo" (Kiyev) baş məşqçisi Mirça Luçesku ilə müqaviləsini yeniləyib.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 75 yaşlı mütəxəssislə 2 illik - 2023-cü ilin yayına qədər yeni sözləşmə imzalandığı bildirilib.

Qeyd edək ki, Luçesku ötən ildən Kiyev təmsilçisini çalışdırır. Onun rəhbərliyi altında "Dinamo" Ukrayna çempionluğu və superkuboku qazanıb.

Qarabağ FK
Son xəbərlər
topaz banner