PSJ Poçettino ilə müqaviləni uzatdı

PSJ Poçettino ilə müqaviləni uzatdı
XƏBƏR 2 İyun 2021 / 10:22 1516
-  A +

PSJ baş məşqçisi Maurisio Poçettino ilə müqaviləni uzadıb.

Qol.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb. Argentinalı çalışdırıcınını sözləşməsi avtomatik yenilənib. Paytaxt klubu 49 yaşlı mütəxəssislə müqaviləni daha 1 illik uzatmaq seçimini aktivləşdirib. Buna görə də onun 2022-ci ilin yayınadək olan müqaviləsi 2023-cü ilin yayınadək uzadılıb.

Qeyd edək ki, Poçettino PSJ-ni bu ilin yanvar ayından çalışdırır. Bir müddət əvvəl klub rəhbərliyinin onun işindən narazı olduğu haqda xəbərlər yayılmışdı.

Daha çox


Son xəbərlər
topaz banner