"Bavariya" rəhbərliyində dəyişiklik - Kann gəlir

"Bavariya" rəhbərliyində dəyişiklik - Kann gəlir
XƏBƏR 1 İyun 2021 / 15:37 2349
-  A +

“Bavariya”nın baş direktoru Karl-Hayns Rummenigge vəzifəsindən istefa verəcək.

Qol.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb. 65 yaşlı funksioner iyunun 30-da “Bavariya”dan öz istəyi ilə ayrılacaq. Onu komandanın keçmiş qapıçısı Oliver Kan əvəzləyəcək.

Qeyd edək ki, Rummenigge 1991-ci ildən  “Bavariya”da müxtəlif vəzifələrdə işləyib. Həmçinin o, Avropa Klublar Birliyini UEFA-da təmsil edən şəxslərdən biridir.

Daha çox


Son xəbərlər
topaz banner