"Marca" "Real"ın yeni baş məşqçisinin adını açıqladı

"Marca" "Real"ın yeni baş məşqçisinin adını açıqladı
DÜNYA FUTBOLU 1 İyun 2021 / 15:20 4135
-  A +

Zinəddin Zidanla yolları ayıran "Real" "Everton"un baş məşqçisi Karlo Ançelotti ilə razılığa gəlib.

Qol.az xəbər verir ki, bu barədə Madrid klubuna yaxınlığı ilə bilinən "Marca" nəşri məlumat yayıb. 61 yaşlı mütəxəssisin yaxın saatlarda müqaviləyə imza atacağı bildirilib.

Qeyd edək ki, Ançelotti 2013-2015-ci illərdə "kral klubu"nu çalışdırıb. Onun rəhbərliyi altında komanda 2013/2014 mövsümündə Çempionlar Liqasını və İspaniya kubokunu qazanıb.


Son xəbərlər