İngiltərədə mövsümün oyunçusu adına namizədlər

İngiltərədə mövsümün oyunçusu adına namizədlər
XƏBƏR 1 İyun 2021 / 14:56 1205
-  A +

İngiltərə Premyer Liqasında mövsümün oyunçusu adına namizədlər müəyyənləşib.

Qol.az qurumun sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, siyahıda 8 futbolçu yer alıb. Bunlar Kevin de Brüyne, Ruben Diaş (hər ikisi "Mançester Siti"), Bruno Fernandeş ("Mançester Yunayted"), Cek Qriliş ("Aston Villa"), Harri Keyn ("Tottenhem"), Meyson Mount ("Çelsi"), Məhəmməd Salah ("Liverpul"), Tomaş Souçekdir ("Vest Hem").

Ruben Diaş daha əvvəl də Premyer Liqada mövsümün oyunçusu olub. O, De Brüyne və Keyni geridə qoyub.

Qeyd edək ki, 2020/21 mövsümündə Premyer Liqanın qalibi "Mançester Siti" olub. Yarışı "Mançester Yunayted" 2-ci, "Liverpul" isə 3-cü yerdə başa vurub.

Son xəbərlər
04.04.26  14:17

Kadidən 40-cı qol

topaz banner