Laportadan Kumanın gələcəyi ilə bağlı açıqlama

Laportadan Kumanın gələcəyi ilə bağlı açıqlama
XƏBƏR 1 İyun 2021 / 13:19 2102
-  A +

“Barselona”nın prezidenti Joan Laporta komandanın baş məşqçisi Ronald Kumanın klubdakı gələcəyi ilə bağlı danışıb.

Qol.az “Marca”ya istinadən xəbər verir ki, o, 58 yaşlı mütəxəssislə yeni müqavilə üçün danışıqlar aparıb-aparmadıqları barədə sualları belə cavablandırıb:

“Yenidən Kumanın müqaviləsi haqqında düşünməyə başlamışıq. Ötən mövsüm baş verənləri qiymətləndirməliyik. Bir müddət susqunluğa ehtiyacımız var idi. Kuman ilə əlaqə saxlayırıq. 1 həftə və ya 10 gün ərzində görüşəcəyik. Onunla danışıqlar yaxşı gedir. Düşünmək üçün vaxt lazımdır".

Qeyd edək ki, Kumanın Kataloniya klubu ilə hazırkı müqaviləsi 2022-ci ilin iyununa qədərdir. Mətbuatda onun istefaya göndəriləcəyi haqda xəbərlər yayılmışdı.

Daha çox


Son xəbərlər
topaz banner