Anrinin yeni iş yeri - Rəsmi

Anrinin yeni iş yeri -  Rəsmi
DÜNYA FUTBOLU 30 May 2021 / 22:00 6265
-  A +

Tyerri Anri yenidən Belçika millisində çalışacaq.

Qol.az xəbər verir ki, bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb. O, baş məşqçi Roberto Martinezin köməkçisi olacaq.

Əfsanəvi fransız futbolçu 2016-2018-ci illərdə də Belçika millisində məşqçi kimi çalışıb. 2018-ci ilin oktyabrında “Monako”ya baş məşqçi təyin edilən 43 yaşlı mütəxəssis 2019-cu ilin yayında istefa verib.

2019-cu ilin noyabrında Kanadanın “Monreal İmpakt” klubunun baş məşqçisi olan Anri bu ilin fevralında ailə vəziyyətinə görə istefa verib.

Son xəbərlər