Jardimin yeni klubu bilindi

Jardimin yeni klubu bilindi
DÜNYA FUTBOLU 30 May 2021 / 19:06 3069
-  A +

"Monako"nun sabiq baş məşqçisi Leonardo Jardimin yeni iş yeri məlum olub.

Qol.az "Marca"ya istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Hilal”ı çalışdıracaq. Portuqaliyalı məşqçi ilə 1 illik müqavilə imzalanıb.

"Əl Hilal" 2020-2021 mövsümündə sona bir tur qalmış ölkə çempionu adını qazanıb.

Qeyd edək ki, Jardim 2019-cu ildə Fransanın "Monako" klubundan ayrıldıqdan sonra işsiz idi.


Son xəbərlər
09.07.25  13:19

"Kəpəz"də ayrılıq