Lövdən "Barselona" açıqlaması

Lövdən "Barselona" açıqlaması
DÜNYA FUTBOLU 30 May 2021 / 16:24 5062
-  A +

Avro-2020-dən sonra Almaniya millisinin baş məşqçisi vəzifəsini tərk edəcək Yoahim Löv yeni mövsümdə hansısa klubda işləməyi düşünmür.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki,  "Barselona"da daxil olmaqla bir çox klubla adı hallanan alman mütəxəssis bu il işinə fasilə vermək istədiyini bildirib: "Bu yay heç bir klubla müqavilə imzalayamayacağam. "Barselona"dan heç kimlə əlaqə saxlamıram. Fikrimdən dönməyəcəyəm".

Qeyd edək ki, Löv 2006-cı ildən Almaniya millisini çalışdırır.


Son xəbərlər
09.07.25  13:19

"Kəpəz"də ayrılıq