Dibala "Yuventus"da qalmaq istəyir

Dibala "Yuventus"da qalmaq istəyir
DÜNYA FUTBOLU 29 May 2021 / 15:14 1418
-  A +

"Yuventus"un futbolçusu Paulo Dibala klubu ilə müqaviləni uzatmağı planlaşdırır.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, argentinalı hücumçu Turin təmsilçisinin yeni kapitanı olmaq arzusundadır. Massimiliano Alleqri klubun baş məşqçisi təyin olunduqdan sonra  tərəflərin yeni müqavilə ilə bağlı danışıqları davam etdirəcəyi bildirilib.

Qeyd edək ki, Dibala 2020/2021 mövsümündə 26 matçda 5 qol vurub, 3 qolun ötürməsini verib.


Son xəbərlər
09.07.25  13:19

"Kəpəz"də ayrılıq