Oblak ən yaxşı oyunçu seçildi

Oblak ən yaxşı oyunçu seçildi
DÜNYA FUTBOLU 29 May 2021 / 11:33 1052
-  A +

La Liqada may ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Qol.az turnirin saytına istinadən xəbər verir ki, çempion "Atletiko"nun qapıçısı Yan Oblak bu ayın ən yaxşısı seçilib. O, mayda keçirilən 5 matçda 18 seyv dib, 2 görüşdə qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, sloveniyalı qolkiper ayın ən yaxşı oyunçusu üçün səsvermədə Borxu İqlesias ("Betis"), Karlos Soler ("Valensiya"), Kasemiro ("Real" Madrid), Jerard Moreno ("Villarreal"), Joselu (Alaves) və Santi Minanı ("Selta") qabaqlayıb.


Son xəbərlər
09.07.25  13:19

"Kəpəz"də ayrılıq