Jiru "Milan"la razılaşdı

Jiru "Milan"la razılaşdı
DÜNYA FUTBOLU 28 May 2021 / 14:16 2869
-  A +

“Çelsi”nin futbolçusu Olivye Jiru karyerasını İtaliyada davam edirəcək.

Qol.az "Tuttosport"a istinadən xəbər verir ki, 34 yaşlı hücumçu “Milan”la razılaşıb.
 
Fransalı forvardın “qırmızı-qaralar”la 2 illik müqavilə imzalayacağı bildirilib. Onun illik maaşının 4 milyon avro olacağı da qeyd olunub.

Qeyd edək ki, Jirunun “Çelsi” ilə müqaviləsi iyunda başa çatır. Buna görə də o, “Milan”a azad agent kimi keçəcək.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner