Zidan Poçettinonu əvəzləyə bilər

Zidan Poçettinonu əvəzləyə bilər
DÜNYA FUTBOLU 28 May 2021 / 11:48 4004
-  A +

"Real"dan ayrılan Zinəddin Zidan karyerasını ölkəsi Fransada davam etdirə bilər.

Qol.az xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Nikola Skira öz Tvitter hesabına məlumat paylaşıb. 48 yaşlı çalışdırıcının PSJ ilə danışıq apardığı bildirilib. Fransalı mütəxəssisin Paris klubunda Maurisio Poçettinonu əvəzləyəcəyi gözlənilir.

Xatırladaq ki, Poçettinonun "Tottenhem"ə qayıdacağı haqda xəbərlər yayılıb.

Qeyd edək ki, Zidan "Real"da iki dəfə La Liqanın, 3 dəfə Çempionlar Liqasının qalibi olub.


Son xəbərlər
09.07.25  13:19

"Kəpəz"də ayrılıq