"Çelsi" 5 futbolçusu ilə yolları ayırır

"Çelsi" 5 futbolçusu ilə yolları ayırır
DÜNYA FUTBOLU 27 May 2021 / 16:20 4445
-  A +

"Çelsi" yay transfer pəncərəsində 5 futbolçusu ilə yolları ayırmağı planlaşdırır.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, London klubunun baş məşqçisi Tomas Tuhel qapıçı Kepa Arrisabalaqa, yarımmüdafiəçilər Kallum Hadson-Odoi, Rossa Barkli və Ruben Loftus-Çika, hücumçu Temmi Abrahamı komandada görmək istəmir.

Alman mütəxəssis oyunçuların satışından əldə olunan qazancın uyğun futbolçular alınmasına sərf edilməsini istəyir.

Qeyd edək ki, "Çelsi" bu mövsüm Premyer Liqanı 4-cü pillədə tamamlayıb. Komanda Çempionlar Liqasının finalında "Mançester Siti" ilə qarşılaşacaq.


Son xəbərlər
09.07.25  13:19

"Kəpəz"də ayrılıq