"Mançester Siti"yə transfer olmadığıma görə peşmanam"

"Mançester Siti"yə transfer olmadığıma görə peşmanam"
DÜNYA FUTBOLU 25 May 2021 / 17:07 3520
-  A +

"San Paulu"nun müdafiəçisi Dani Alves "Mançester Siti"yə transfer ola bilmədiyinə görə peşman olduğunu etiraf edib.

Qol.az xəbər verir ki, bu barədə 38 yaşlı futbolçu "Spor TV"yə açıqlamasında deyib:

“2017-ci ildə "Mançester Siti"yə transfer olmadığıma və  Qvardiola ilə işləyə bilmədiyimə görə peşmanam. Hər vəziyyətdə  çıxış yolu tapan insanlarla işləmək yaxşıdır. Qvarrdiolanın komandasına qoşulmadığım üçün peşmanam. Ancaq PSJ-yə keçid üçün təəssüflənmirəm. Bu klubda yaşadığım hekayə inanılmaz idi".

Qeyd edək ki, Alves "San Paulu"ya 2019-cu ilin yayında azad agent kimi qoşulub. Onun Braziliya klubu ilə müqaviləsi 2022-ci ilin sonuna qədərdir.


Son xəbərlər