"Yuventus"un hücumçusu Kriştiano Ronaldo azarkeşlərə müraciət edib.
Qol.az xəbər verir ki, portuqaliyalı hücumçu "İnstaqram" səhifəsində yazıb: “İstənilən ən yaxşı oyunçunun həyatı və karyerası enişli-yoxuşlu yollarla doludur. İldən-ilə güclü oyunçular və iddialı hədəfləri olan fantastik komandalarla qarşılaşırıq, bu səbəbdən hər zaman yüksəkdə qalmaq üçün əlimizdən gələni etməliyik.
Bu il A seriyasında qalib gələ bilmədik. "İnter"i layiqli titul münasibəti ilə təbrik edirik. Ancaq bu mövsüm "Yuventus"da həm kollektiv, həm də fərdi olaraq əldə etdiyimiz hər şeyi qiymətləndirməliyəm. İtaliya superkuboku, İtaliya kuboku və A Seriyasının bombardiri kuboku məni sevindirir, çünki bu ölkədə qazanmaq asan deyil.
Bu nailiyyətlər sayəsində İtaliyaya gəldiyim ilk gündən etibarən qarşımda qoyduğum hədəfə çatdım: çempionluq, kubok və Superkubok qazanmaq, eyni zamanda bu möhtəşəm oyunlarda ən yaxşı oyunçu və bombardir olmaq. İtaliya inanılmaz oyunçular, möhtəşəm klublar və futbol mədəniyyəti ilə dolu futbol ölkəsidir.
Artıq qeyd etmişəm ki,rekordları təqib etmirəm, onlar məni təqib edir. Nəyi nəzərdə tutduğumu başa düşməyənlər üçün hər şey çox sadədir: futbol kollektiv bir oyundur, ancaq komandalarımızın hədəflərinə çatmalarına kömək edə bilərik. Hər zaman meydanda daha çox şey istəyərsiniz. Daha çox çalışan zaman rekordlar və komanda kubokları qaçılmaz olur.
Buna görə son günlərdə yeni uğurlarımdan çox qürur duyuram. Oynadığım ölkələrdə iz buraxdığımı və təmsil etdiyim klubların azarkeşlərinə sevinc bəxş etdiyimi bilmək hissi ilə heç nə müqayisə olunmur. İstədiyim, məni həyəcanlandıran budur və son günə qədər hər zaman çalışacağam. Bu səyahətdə iştirak edən hər kəsə təşəkkür edirəm! Biz birlikdəyik!".
Qeyd edək ki, 36 yaşlı oyunçu A seriyasında 2020/2021 mövsümündə 29 matçda 29 qol vuraraq turnirin ən yaxşı bombardiri olub.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?