Kubokun finalı ona tapşırıldı

Kubokun finalı ona tapşırıldı
DÜNYA FUTBOLU 23 May 2021 / 00:45 2797
-  A +

Azərbaycan kubokunun finalında keçiriləcək "Keşlə" - "Sumqayıt" oyunu üçün hakim təyinatları açıqlanıb.
 
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, matçı  Əliyar Ağayev idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli köməklik edəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Ehtiyat köməkçi hakim isə Elşad Abdullayev olacaq.

Qeyd edək ki, mayın 24-ü “Bank Respublika Arena”da keçiriləcək həlledici matç saat 19:30-da başlayacaq.


Son xəbərlər