Bu gün La Liqada çempion müəyyənləşir

Bu gün La Liqada çempion müəyyənləşir
DÜNYA FUTBOLU 22 May 2021 / 10:51 3388
-  A +

Bu gün La Liqada 2020/2021 mövsümünün qalibi müəyyənləşəcək.

Qol.az xəbər verir ki, çempionluq uğrunda mübarizədə Madridin "Atletiko" və "Real" klubları yarışacaq. Hazırda Dieqo Simeonenin baş məşqçi olduğu komanda La Liqanın bitməsinə 1 tur qalmış 83 xalla liderdir. "Atletiko" son turda səfərdə "Valyadolid"lə qarşılaşacaq. Rəqibindən 2 xal geridə olan "Real" isə evdə "Vilyarreal"la üz-üzə gələcək. Son turda "Atletiko" heç-heçə edib, "Real" qalib gəlsə xallar bərabərləşəcək. Bu durumda Zinəddin Zidanın komandası şəxsi nəticələrə görə çempion olacaq.

Qeyd edək ki, hər iki görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Son xəbərlər