Aquero "Barselona" ilə müqavilə imzaladı

Aquero "Barselona" ilə müqavilə imzaladı
DÜNYA FUTBOLU 21 May 2021 / 22:32 4146
-  A +

Bu mövsümün sonu "Mançester Siti"dən ayrılacaq Serxio Aquero "Barselona" ilə müqavilə imzalayıb.

Qol.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabrizio Romano özünün "Tvitter" səhifəsində yazıb. O, 32 yaşlı hücumçunun 2 illik müqaviləyə qol çəkdiiyni bildirib.

Kataloniya təmsilçisinin bu transferi Çempionlar Liqasının finalından sonra dərhal açıqlayacağı vurğulanıb.

Qeyd edək ki, Aquero bu mövsüm Premyer Liqada 11 matçda meydana çıxıb, 2 qol vurub, 1 qolun ötürməsini verib.


Son xəbərlər