Ozan Kabak qərarını verdi

Ozan Kabak qərarını verdi
DÜNYA FUTBOLU 21 May 2021 / 20:39 4800
-  A +

Ozan Kabak icarə əsasında çıxış etdiyi "Liverpul"da qalmaq istəyir.

Qol.az xəbər verir ki, bu barədə o, "The Times"a açıqlamasında deyib: "Yurgen Klopp kimi məşqçi və bir çox ulduz futbolçu ilə çalışdım. Onlarla məşq etmək inkişafıma səbəb olur. "Liverpul"dan danışırıq. Əlbəttə, burada qalmaq istəyirəm".

Türk müdafiəçi İngiltərə təmsilçisinin formasını geyindiyi üçün qürur hissi keçirdiyini deyib: "Yurgenlə hələ gələcəyim haqqında danışmamışıq. Növbəti mövsüm harada olacağımı görəcəyik. Nə olursa-olsun, klubdakı hər kəsə mənim üçün etdikləri üçün təşəkkür edirəm".

Qeyd edək ki, müqavilə ilə "Şalke"yə məxsus olan Kabak yanvardan icarə əsasında "Liverpul"da oynayır. Onunla "Leyptsiq"in maraqlandığı bildirilir.


Son xəbərlər