"Atletiko" Simeone ilə müqaviləni yeniləyir

"Atletiko" Simeone ilə müqaviləni yeniləyir
DÜNYA FUTBOLU 21 May 2021 / 20:16 1742
-  A +

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone klubla müqaviləsini yeniləyə bilər.

Qol.az ESPN-ə istinadən xəbər verir ki, Madrid klubu argentinalı mütəxəssislə yeni müqaviləni müzakirə edir. Bildirilib ki, bu, "Atletiko"nun La Liqanı qazanıb- qazanmamasından asılı deyil. 

"Atletiko" baş məşqçisi ilə müqaviləni 2024-cü ilun yayına qədər uzatmaq istəyir. Klub  Simeonenin işindən məmnundur.

Qeyd edək ki, Simeone 2011-ci ilin dekabrından "Atletiko"nu çalışdırır. İspaniya çempionatının bitməsinə bir tur qalmış onun komandası 2-ci pillədəki "Real"ı 2 xal qabaqlayır.


Son xəbərlər