Kyelliniyə ABŞ-dan təklif

Kyelliniyə ABŞ-dan təklif
DÜNYA FUTBOLU 21 May 2021 / 10:44 1198
-  A +

"Yuventus"un kapitanı Corcio Kyellini ABŞ-da çıxış edə bilər.

Qol.az "Tuttosport"a istinadən xəbər verir ki, 37 yaşlı müdafiəçi MLS-dən təklif alıb. “Sinsinatti” klubu təcrübəli futbolçunu heyətinə qatmaq istəyir.

Qeyd edək ki, İtaliya millisinin üzvü ilə "Yuventus"un müqaviləsi iyunda başa çatır. Buna görə də ABŞ klubu müdafiəçini azad agent kimi komandaya cəlb edə bilər.


Son xəbərlər