Remziyə qiymət qoyuldu

Remziyə qiymət qoyuldu
DÜNYA FUTBOLU 20 May 2021 / 15:51 1660
-  A +

"Yuventus"un futbolçusu Aaron Remzi yayda Turin təmsilçisindən ayrıla bilər.

Qol.az "Tutto Juve"yə istinadən xəbər verir ki, klub 30 yaşlı yarımmüdafiəçiyə 20 milyon avro qiymət qoyub. "Yuventus" maaşa qənaət etmək üçün onun qiymətinin 12 milyon avroya da endirməyə hazırdır.

Uelsli oyunçu ilə "Liverpul"un maraqlandığı bildirilir.

Qeyd edək ki, Remzi bu mövsüm A seriyasında 22 matça çıxıb, 2 qol vurub və 4 qolun ötürməsini verib.


Son xəbərlər