“Bayer”ə yeni baş məşqçi təyin edildi

“Bayer”ə yeni baş məşqçi təyin edildi
DÜNYA FUTBOLU 19 May 2021 / 14:38 1810
-  A +

Almaniyanın “Bayer” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Qol.az Bundesliqa klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Xerardo Seoaneyə tapşırılıb. 

42 yaşlı mütəxəssis Leverkuzen klubu ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, “Bayer”i müvəqqəti olaraq Hannes Volfs çalışdırırdı. Komanda Bundesliqada sona bir tur qalmış 6-cı sıradadır.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner