"Beşiktaş"dan "qızıl dubl"

"Beşiktaş"dan "qızıl dubl"
DÜNYA FUTBOLU 19 May 2021 / 00:02 4092
-  A +

Türkiyə kubokunun sahibi müəyyənləşib.

Qol.az xəbər verir ki, həlledici matçda "Beşiktaş" və "Antalyaspor" üz-üzə gəlib. Matç İstanbul klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Antalyaspor" - "Beşiktaş" - 0:2
Qollar:
Souza, 3, Rosyer, 30

Bununla da "qara qartallar" tarixində 10-cu dəfə ölkə kubokunun qalibi olub.

Qeyd edək ki, "Beşiktaş" 2020/2021 mövsümündə Türkiyə Superliqasının qalibi adına da yiyələnib. Bununla da komanda bu mövsüm iki kubok qazanaraq "qızıl dubl"a imza atıb.


Son xəbərlər