Kloze baş məşqçi olur

Kloze baş məşqçi olur
DÜNYA FUTBOLU 18 May 2021 / 18:50 2354
-  A +

"Bavariya"da köməkçi məşqçi kimi çalışan Miroslav Kloze özünü baş məşqçi kimi sınamaq istəyir.

Qol.az xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb. Keçmiş hücumçunun 2-ci Bundesliqa təmsilçisi "Fortuna"nı çalışdıracağı bildirilir.

Klozenin "Verder"də oynadığı vaxt orada çalışan, hazırda isə "Fortuna"nın idman direktoru olan Klaus Allofsun ona dəvət göndərdiyi qeyd olunub.

Xatırladaq ki, Almaniya millisinin sabiq üzvü 16 qolla dünya çempionatlarının ən yaxşı bombardiridir. 

Son xəbərlər