Uolkottla 2 illik müqavilə imzalandı

Uolkottla 2 illik müqavilə imzalandı
DÜNYA FUTBOLU 18 May 2021 / 18:28 1875
-  A +

İngiltərə millisinin sabiq üzvü Teo Uolkott daha iki il "Sauthempton"da çıxış edəcək.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçinin müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.

"Everton"dan icarəyə götürülən futbolçunun Mersisayd klubu ilə sözləşməsi iyun ayına qədər idi.

Qeyd edək ki, Uolkott "Sauthempton"un yetirməsidir. O, 16 yaşında bu klubun əsas komandasında debüt edib.

Son xəbərlər